Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Hafta.az xarici mətbuata istinadən bildirir ki, aksiyaçılar səfirliyin binasına daxil olublar.
Bundan öncə ABŞ səfirliyinin binasının boşaldıldığı açıqlanıb.
Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər.